Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / İcra başçısı ova getdi, yerli sakini güllələdi – ŞOK İDDİA

İcra başçısı ova getdi, yerli sakini güllələdi – ŞOK İDDİA

Azərbaycanda vəzifəli şəxsin bir vətəndaşı ağır yaraladığı haqda “Azadlıq” qəzetinin redaksiyasına məlumat daxil olub. Məlumat bundan ibarətdir ki, Bakı rayonlarından birinin icra başçısı təxminən bir ay əvvəl başının dəstəsi ilə Xızıya ova gedib.

Ov ovlamaq, quş quşlamaq ehtirası ilə tüfəngi əlinə alan icra başçı növbəti gülləsini təsadüfən yerli sakinlərdən birinə çaxıb. Düzgün nişan ala bilməyən başçının gülləsi Xızının Fındığan kəndindən olan zavallı kişinin, xoşbəxtlikdən, qoluna dəyib. Yaralının qol sümüyü ciddi zədə alsa da, özü ölüm təhlükəsindən ötüşüb.

Məlumatı çatdıran yerli mənbələr deyirlər ki, həmin icra başçısı ov üçün Xızıda tez-tez peyda olur. Xızı camaatı az qala onun bu rayonda işlədiyini zənn etməyə başlayıblar. Təəccüblənirlər ki, “iki günün biri” Xızıya ova gələn icra başçısı Bakıdakı, rəhbərlik etdiyi rayonla bağlı işlərini görməyə necə vaxt tapır?

O da məlum olub ki, icra başçısının yaraladığı şəxs əslən Ermənistanın Qafan rayonundandır.

İcra baçısının kimliyini və ov həvəsini Xızıda hansı imkanlar hesabına təmin etdiyini, eləcə də hadisənin necə ört-basdır olunduğunu dəqiqləşdirməyə çalışacağıq.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın