Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Hamamda fahişəxana açıblar…

Hamamda fahişəxana açıblar…

Babək prospektində, “Kolizey” şadlıq sarayının həndəvərində, yol ötürücüsü ilə üzbəüz fəaliyyət göstərən avtoservisin gözdən uzaq, könüldən iraq bir küncündə “Viktoriya” tapmışıq Bu ölkədə hörümçək torutək yayılmış fahişəxanalar şəbəkəsi gələcək milli bədbəxtliklərin bayquş ulartılarıdı. Kim onu eşidər, para gətirirsə?.. Nəticənimi görmək istəyirsən, get o yumulu gözlərini sən də aç sezəcəksən. Biz heç, xəcalətdən ölüb də getdik mənəvi işgəncələr aləminə. Sən də bezəcəksən, qadoyalım. Azərbaycan adamının əxlaq düsturunu axtarıb çətin ki tapasan. O düstur artıq bugünün Azərbaycan mənəviyyatına bab deyil, köhnəlib. Sənsə köhnəlmə! Qəhqəhəxanalardakı hoqqabazlıqlardan çıxıb da yeniləş. Görürsənmi, havalar sərinləşdikcə Bakıda fəaliyyət göstərən rahatxanalar da aktivləşməyə başlayır. Bunun səbəbini qışın sazağında məhəbbət dualarına tələbatın artmasında axtarma,rica edirik. Səbəb hər vasitə ilə cib doldurmaq, pul qazanmaqdır. Əslində əxlaqsızlıq yuvalarından heç nəylə seçilməyən belə obyektlərin əlbəttə ki, yüksək pillələrdə bir qayda olaraq himayədarları da olur. Paytaxtımızın Babək prospektində, “Kolizey” şadlıq sarayından həndəvərində, yol ötürücüsü ilə üzbəüz fəaliyyət göstərən avtoservisin gözdən uzaq, könüldən iraq bir küncündə “Viktoriya” tapmışıq. Gundelik-baku.com bildirir ki, əsl cənnət olmasa da bura gələnləri deyilənə görə cənnətlik edib yola salırlar. Sauna, hamam, massaj salon adı altında “Viktoriya” çox müsafirlərin dadına çatır, onların kamını gözündə qoymur. Görünür elə buna görədir ki, “Viktoriya” cazibəsinə iddialıların hamısını pak edib bir-bir yola salır reklamsız-zadsız. Ola bilsin ki, hamamın sahibləri bu adı seçməklə həm də müştərilərə əsl cənnət sürprizi bəxş etdiklərinə işarə vurublar. Qeyd edək ki, buradakı xidmətçilər yarımleqal fəaliyyətə üstünlük verir, yalnız etibar etdikləri müştərilərə öz cinsi ehtiyaclarını münasib qiymətlərlə “balanslaşdırmaq” üçün rahatlıq və komfort şəraiti vəd edir. “Viktoriya”da bu etibarı qazanmaq isə hər oğulun işi deyil. Bunun üçün üçün isə “sınaqdan çıxmaq” şərtdir. Burada ilk baxışdan xudmani və sükut vəd edən bir guşə təsiri bağışlasa da bəzi işbazların sayəsində könüllərin qovuşduğu bir məkana çevrilib. Tanış müştəriləri burada hər hansı problemli situasiyadan sığortalamağı da unutmayıblar. Etibar var axı ortada. “Viktoriya” hamamı ilə üzbəüz hündürmərtəbəli yaşayış binalarının sakinləri bu mənzərələr qeyri-ixtiyari şahidlik etmək məcburiyyəti qarşısında ərazidəki polis məntəqəsi əməkdaşlarının hərəkətə gələcəyi məqamları gözləyirlər. Qarşı tərəfi də dinləyə bilərik.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın