Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Hacıqabulda qızı anasını döyərək öldürüb

Hacıqabulda qızı anasını döyərək öldürüb

Hacıqabulda bir müddət əvvəl qızı tərəfindən döyülən 52 yaşlı qadın ölüb.
APA-nın məlumatına görə, Hacıqabul rayonu Meyniman kənd sakini, 1964-cü il təvəllüdlü Təranə Ağasəlim qızı Babayeva bir müddət əvvəl 17 yaşlı qızı Ağacanlı Səadət Səxavət qızı tərəfindən döyülərək ağır xəsarətlər alıb.
T. Babayevanın aldığı xəsarətlərdən ötən gecə qardaşının evində öldüyü qeyd edilir. Hazırda meyit müayinə edilmək üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib.
Ölən qadının qardaşı Günəş Həsənov iddia edir ki, o, bacısı qızı tərəfindən döyülmə nəticəsində ölüb.
Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın