Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Araşdırma / Həyat yoldaşını butulka ilə zorlayan şəxsin hakim yeznəsi danışdı -Açıqlama

Həyat yoldaşını butulka ilə zorlayan şəxsin hakim yeznəsi danışdı -Açıqlama

Qadınlarımız daima məişət zorakılığına məruz qalırlar. Çox təəsüflər olsun ki, zorakılıqların sayı günü-gündən artır. Buna səbəb onların yaşam tərzi, sosial-iqtisadi vəziyyət, psixoloji basqılar, mənəvi zərbələrdir. Məişət zorakılığı dedikdə, məişət şəraitində bir şəxsin digər şəxsi öz nəzarəti altında saxlamaq üçün ona zərər verməsi başa düşülür.
Son günlər “Təmiz dünya” ictimai birliyinin sığınacağında olan bir xanimin bir çox işgəncələrə, butulka ilə zorlandığı amma bu günə qədər cinayətkarın cəzasız qalması, xanımın həyatının təhlükədə olmasını ictimayyətləşdirdik.Qarşı tərəf olaraq Ceyhun Mehrəliyev mətubatda maraqlı açıqlamalar verib, o əvvəl Aidənin onların evində qulluqçu olduğunu desədə, paylaşdığı videolarda tam əksini Aidə ilə birgə ailə və həyat yoldaşı olmağını təsdiqləyir. Xatırladaq ki, Ceyhun Mehrəliyev Aidəyə qədər iki dəfə rəsmi nigahda olub, ayrılıb və bu nigahlardan bir övladı və Aidə Tomarxanavdan da bir övladı var.Keçmiş qaynatası ötən sayımızda Ceyhun Mehrəliyevin “əməlləri” haqqında açıqlama vermişdir.Bu açıqlamada Ceyhunun cinayət əməllərinin ört- basdır olunmasında Masallıda hakim yeznəsinin birbaşa rolu olduğunu vurğulamışdır.Bununla əlaqədər əməkdaşlarımız Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədovla görüşüb, bu barədə açıqlama aldılar.Həmin açıqlamanı sizədə təqdim edirik.
“Bəli Ceyhun mənim qaynımdır amma 4 ildirki mənim onunla əlaqəm yoxdur.Onun dələduz və cinayətkar olmağını məndə bilirəm.O ailədə qaynananam və Ceyhun bütün bu çirkab işlərin başında durur.Qaynatam Elçin Mehrəliyev çox alicənab adamdır elə onun adını eşidən əvvəl bu ailə ilə qohum olur, sonradan Xuramanın və Ceyhunun əməllərinə görə bu ailədən uzaqlaşırlar.Qaldı ki,mənim özümə Ceyhun hətta mənim özümü dəfələrlə şanataj edib , bəzi “reyket”qəzetlərdə haqqımda şantaj xarakterli silsilə yazılar dərc etdirmişdir.Amma mən öz savadımla və öz gücümə bu pilləyə qalxmışam.İşimi sevir və tutuğum vəzifənidə şərəflə icra edirəm.Mən o ailədən ayrıyam hətta Elçin Mehrəliyevdə bunların əməlinə görə pencəyini götürüb bu evdən getdi.Ceyhunun borclarına və törətdiyi əməllərinə görə artıq Yasmaldakı evlərini satıb kirayələrdə qalırlar.Mən nişanlı olduğum vaxtda Günel Mehrəliyevdən qardaşında hüquqşünasdır nə işlə məşğuldur ,dedikdə o qeyd etdi ki,qardaşımın işi məxvidir deyə bilmərəm.Sonradan qaynananam Xuraman Əliyeva “ironya” ilə mənə dedi ki,Anar,eşitdim Ceyhunun hansı işlə məşğul olması səni yaman maraqlandırır,bilmək istəyirsənsə Ceyhun “MTN”-də işləyir.Düzü söz tapa bilmədim artıq bu ailənin necə biri olduğunu gecdə olsa anlamışdım.Qaldı ki,Aidəyə bəli bu xanımı əvvəl mən onların evində gördükdə həyat yoldaşım onu qulluqçu kimi təqdim elədi,mən hətta dedim nə yaxşı pula ehtiyacı varsa, mənim anamda xəstədir elə bizim evədə kömək edər bizdə ona hörmət edərik .Günel isə dedi yox bu qız ancaq bizim evdə qala bilər.Sonradan bildim ki, Ceyhun bu qizla qeyri- rəsmi evlənib.Ceyhun Mehrəliyev  18 icra başçısına prezident adminstrasiyasının şöbə rəisinin adından dələduzluq yolu ilə külli miqdarda pul mənimsəmişdir.Bu barədə cinayət işidə açılmışdır.Amma necə odusa bu cinayətdə ört basdır olundu.Ümumiyyətlə Aidə ilə mənim ünsiyyətim olmasada onun bir qadın olaraq hüququnun tapdanmasını istəmərəm.Yəqin ki,hüquq mühafizə orqanları bu işə düzgün qiymət verəcək.Yenədə deyirəm Ceyhun həqiqətən dələduzdur və onun bu əməlləri hər kəsdən öncə onun atasının adına ləkə gətirir.”Anar müəllim niyə məhz bu işlərdə Ceyhun digər bacısı deyil məhz sizin həyat yoldaşınız Günel Mehrəliyevanın adı çəkilir?
“Çünki,Günel anası ilə 158 saylı məktəbdə bir yerdə işləyir və onun xarakterində anası və qardaşı ilə bağlılıq çoxdur.Yenə deyirəm mən heç vaxt Ceyhun kimi cinayetkarı müdafiə edə bilmərəm hər kəs layiq olduğu cəzasın almalıdır.”Bu açıqlamadanda açıq aydın görünür ki,Ceyhunun ailə üzvlərindən olan Anar müəllimdə onun dələduz və cinayətkar olduğunu təsdiq etdi.
Bizi izləyin adı ardı var …Adı çəkilən digər şəxslərin və bütün gizli qalan məqamları araşdırıb açıqlamalarını təqdim edəcik.(BakuPress.Az)

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın