Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Gürcüstanda cinayət törədib Azərbaycana qaçdı, silahla tutuldu

Gürcüstanda cinayət törədib Azərbaycana qaçdı, silahla tutuldu

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhədinin pozulmasının qarşısını alıblar. 

DSX-dən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 14-də dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq Azərbaycanda gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı, 22.10.1989-cu il təvəllüdlü Xələfov Qəmin Ayvaz oğlu saxlanılıb. Q.A.Xələfovun gizləndiyi Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatının inzibati binasına keçirilmiş baxış zamanı ona məxsus 1 ədəd PM markalı tapança, 1 ədəd daraq və 2 ədəd 9 mm patron aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın