Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Güclü yanğın “Unikal” qəzetinin redaksiyasına keçib – Redaksiyaya böyük zərər dəyib (FOTO, VİDEO)

Güclü yanğın “Unikal” qəzetinin redaksiyasına keçib – Redaksiyaya böyük zərər dəyib (FOTO, VİDEO)

“Unikal” qəzetinin və Unikal.org saytının redaksiyasında yanğın olub. 

 Azinforum.az Unikal.org-a istinadən xəbər verir ki, Binəqədi rayonu 8-ci mk-r, Əcəmi Naxçıvani 5 n ünvanında yerləşən redaksiyanın yaxınlığındakı obyektdə başlayan yanğın qəzetin və saytın ofisinə keçib.

Unikal.org-un əməkdaşı redaksiyadan təxliyə olunub. Hazırda digər əməkdaşlar saytı kənardan idarə edir.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın artıq söndürülüb. “Unikal”qəzetinin və Unikal.org saytının redaksiyasına ciddi ziyan dəyib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Unikal.org-a verilən məlumata görə, xəsarət alan olmayıb.

yan1.jpg
yan2.jpg
yan4.jpg
yan6.jpg

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın