Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Göygöldə istrahət mərkəzində yanğın baş verib

Göygöldə istrahət mərkəzində yanğın baş verib

Gecə saatlarında Göygöl rayonunun Toğanalı kəndində yerləşən istrahət mərkəzində yanğın baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 3000 m2 olan istrahət mərkəzinin mətbəxinin yanar konstruksiyaları 150 m2, 2 ədəd “Beko” markalı vitrin və 1 ədəd “Orsk” markalı soyuducu yanıb.

İstrahət mərkəzinin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın