Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Araşdırma / Goranboyda polislər yol qəzasına düşüb, bir polis ölüb, ikisi xəsarət alıb

Goranboyda polislər yol qəzasına düşüb, bir polis ölüb, ikisi xəsarət alıb

Goranboyda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Qarqucaq kəndi ərazisində qeydə alınıb.

Naftalan rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Nəsimi Şakir oğlu Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb.

Nəticədə maşında olan sərnişin, 1986-cı il təvəllüdlü Cahid Nazim oğlu Tağıyev ölüb, sürücü və digər sərnişin, 1987-ci il təvəllüdlü Seymur Dilqəm oğlu Abbasov isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzada ölən və yaralananlar Naftalan rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın