Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Polis generalı oğlunun həbsindən danışdı

Polis generalı oğlunun həbsindən danışdı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin tabeliyində olan İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində monitorinq keçirib.

Bu barədə AzVision.az-a E. Behbudovun özü məlumat verib.

Hüquq müdafiəçisi Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev də görüşüb: “İnsan hüquqlarının qorunması ilə bağlı onunla müzakirələr apardıq. General oğlu Tamerlan Əsədullayevin həbsindən də danışdı. Bildirdi ki, hamı qanun qarşısında bərəbardir. Əgər günahı varsa, cəzasını da çəkəcək”.

Qeyd edək ki, T. Əsədullayev aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava salaraq bir nəfərə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

T. Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Xatırladaq ki, Tamerlan Əsədullayev general-mayor Şərif Əsədullayevin oğlu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və deputat Cavanşir Paşazadənin bacısı oğludur.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın