Şənbə , İyul 20 2019
Ana səhifə / Araşdırma / Gəncədə maskalı quldur ev sahibini döyüb öldürdü

Gəncədə maskalı quldur ev sahibini döyüb öldürdü

Gəncədə evə basqın edən şəxs ev sahibini öldürüb.

ANS-ə verilən məlumata görə, hadisə gecə saatlarında şəhərin Dədə Qorqud küçəsi ev 19, mənzil 46 ünvanında qeydə alınıb.

Şəxsiyyəti hələlik istintaqla müəyyən edilməyən maskalı şəxs 1947-ci il təvəllüdlü Sabir Vəli oğlu Bayramovun evinə girərək ondan pul və qızıl-zinət əşyaları tələb edib. Ev sahibindən heç nə ala bilməyəcəyini görən maskalı S. Bayramovu döyərək öldürüb, həyat yoldaşı 1947-ci il təvəllüdlü Gülnaz Məmmədovaya da ağır bədən xəsarətləri yetirib.

Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Döyülən 69 yaşlı qadın ərinin öldüyünü eşitdən sonra xəsarətləri ağır olsa da, xəstəxanada qalmayıb.

Həmçinin oxuyun

Boşanmaların səbəbi: xəyanət və məişət zorakılığı – ARAŞDIRMA

“Evlilikdə duyğu məqamı olduğundan sarsılmaz deyil, əksinə qeyri sabitdir və özündə pozulma imkanını ehtiva edir. …

Bir cavab yazın