Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / “Ebru ilə Rza Zərrab dastanı”nın bilinməyən pərdəarxası…

“Ebru ilə Rza Zərrab dastanı”nın bilinməyən pərdəarxası…

Hazırda Türkiyə mediasında ən çox müzakirə olunan mövzulardan biri heç şübhəsiz ki, iş adamı, eyni zamanda müğənni Ebrü Gündeşin həyat yoldaşı Rza Zərrabın həbsidir. Həbsin detalları və pərdə, arxası barədə “Yeni Müsavat”ın ötən sayında geniş məqalə dərc edilib. Amma mövzunun şou-biznes dünyası üçün maraq kəsb edən tərəfi bu cütlüyün sevgi hekayəsidir.
Müğənni qadın özündən yaşca kiçik, varlı biznesmenlə bir araya necə gəlib? Fırtınalı eşq hekayəsi, ayrılıqlar, qısqanclıq krizləri, bahalı hədiyyələr, lüks həyat…  Bütün bunlar Zərrabla Gündəşin münasibətlərində bir növ “naxış” idi. Barəsində 75 illik həbs cəzası tələb olunan iş adamını türk insanı həm də bu şou biznes olayları ilə xatırlayır.
“Yeni Müsavat” da mövzunun aktuallığını nəzərə alıb, onların hekayəsini təqdim edir. R.Zərrab Ebru Gündeşin həyatına 2008-ci ildə girib. Həmin vaxt xanım müğənni o zamankı sevgilisi Osmantan Erkırdan yenicə ayrılmışdı və ayrılığın səbəbi olaraq göstərilən ad isə Rza Zərrab idi. Təbii ki, klassik mənzərə yaşanırdı – hər iki tərəf bunu inkar edirdi. Amma həmin vaxt xəbərlərdə Zərrabın adı milyoner iş adamı kimi yox, söz yazarı-iş adamı olaraq hallandırılırdı.
İlk vaxtlar Türkiyə mediası onun barəsində çox kasad məlumata malik idi. Məlumatlarda onun azərbaycanlı olması, Bakıda dünyaya göz açması, tərkibində 6 fərqli şirkəti birləşdirən Royal Dənizçilik şirkətinin sahibi olması da yer alırdı. Rzanın ailəsi varlı idi. Qızıl və neft ticarəti ilə məşğul olurdu. Amma media onun barəsində hər zaman istehza ilə “istedadlı iş adamı” sözləri yazırdı. O, E.Gündeşin “Evet” adlı albomuna söz və musiqisini yazdığı “Sadəcə, sevdim” adlı mahnısını vermişdi.
Bununla yanaşı, Rza bəyin İbrahim Tatlısəs və Sibel Cana da mahnı verdiyi deyilirdi. Milyoner iş adamı bu barədə belə deyirdi: “Mən heç bir mənfəət gözləmədən bəzi əsərlərimi sənətçi dostlarımla paylaşıram. Ebru xanıma da yenə maddi qarşılıq gözləmədən bir əsər verdim”.
Həmin illərdə bir başqa maqazin bombardmanını isə azəri qızı Günel partlatmışdı. Günel telekanallara çıxıb, 8 illik sevgilisini əlindən Ebru Gündeşin aldığnı, Zərrabın isə hələ də ona aşiq olduğunu deyirdi. Tam bir il sonra isə E.Gündeşin hamilə olduğu xəbəri sürətlə yayıldı. Elə həmin günlərdə cütlük Zərrabin İstanbulun Şişli bölgəsində yerləşən Elit Rezidansdakı evində imam nikahına girdilər. Amma bu iddialar cütük tərəfindən heç bir zaman təsdiqlənmədi. Bir müddət sonra isə Gündeşin hamilə olmadığı da üzə çıxdı.
Keçmiş sevgilisi Günelin iddiaları bitmədiyini görüb, Zərrab 2010-cu ilin yanvarında ilk müsahibəsini verdi. “Ebru xanıma heyranam” deyən iş adamı daha sonra şou biznes dünyasına damğa vuran sözlərini də dedi: “Bir kişi olaraq nə yaşadığım münasibətlə, nə o münasibətdə xərclənən pulla, nə də özəl həyatımla bağlı heç bir açıqlama verəcəm.  Bu, mənim aldığım tərbiyəyə yaraşmır. Amma gəldiyimiz nöqtə məni buna məcbur etdi. Güneldən ayrılmağımın Ebru Gündeşlə heç bir əlaqəsi yoxdur. Hər şey Günelin xəyanəti ucbatından bitdi”.
Gündeş Zərrab ailəsinin də razılığını almışdı. Zərrabın anası bu münasibət barədə belə danışırdı: “Günellə sevgili olduğu üçün oğlumuzla düz üç il boyunca danışmadıq. Ebru Gündeş mənim xanım qızımdır, onu çox sevirəm. Biz Ebru xanımdan çox razıyıq. Allah da ondan razı olsun”.
Amma Türkiyə uzun müddət Zərrabla keçmiş sevgilisi Günelin dava, iftira və təhdid şousuna dözmək məcburiyyətində qaldı. Təbii ki, Ebru Gündeş də. Hətta Günelin iddiasına görə, ayrıldığı sevgilisinin evindən əşyalarını almaq üçün gedəndə evin divarlarında “Səni sevirəm, mənimlə evlənərsənmi” sözləri yazılmışdı. Bütün bunlar da mediada öz yerini aldı.
Ebru Gündeş ilə Rza Zərrab 11 fevral 2010-cu ildə evləndi. Nikah mərasimi cütlüyün Kəmərdəki evlərində, ailə arasında baş tutdu.
R.Zərrabın adı ilk dəfə 2011-ci ilin aprelində kriminal xronikada hallandı. Qaçaqçılıq suçu ilə göz altına alınan Turqut Happani adlı şəxsin sürücüsü olduğu deyilirdi. Happani  150 milyon dollarlıq qara pulun “təmizlənməsi” əməliyyatında həbs olunmuşdu. Türkiyədən Rusiyaya çamadanlarla 150 milyon dollar daşıyarkən həbs olunan 14 nəfər arasında yer alan Happaninin facebookdakı səhifəsində də dollarlarla çəkdirdiyi fotolar yer alırdı. Zərrab Happanini tanıdığını, amma heç bir zaman onun sürücülüyünü etmədiyini söyləmişdi. Hətta bundan xəbər hazırlayan media qurumlarını məhkəməyə də vermişdi. Maddi və mənəvi təzminat istəmişdi.
Türkiyə mediası E.Gündeşin hamiləliyini də həmin vaxt öyrəndi. Çünki cütlük yay aylarını Bodrumdakı sahillərdən birində, öz gəmilərində keçirirdi. Media isə hamilə Ebrunu uzaqdan da olsa görüntüləməyi bacarmışdı. Cütüyün qızı Alara 16 dekabr 2011-ci ildə dünyaya gəldi. Doğumdan qısa müddət sonra cütlük Kanlıca bölgəsində yerləşən yeni villalarında yaşamağa başladı.
Medianın cütlük barədə ən çox yazdığı isə “Rza Zərrabdan həyat yoldaşına möhtəşəm hədiyyə” xarakterli xəbərlər olurdu. Ad günündə ultra lüks gəmi, bir cut villa, 250 min dollarlıq maşın, yollara tökülən yük maşını dolusu güllər, göydələndə 2 milyon dollarlıq ev…
Hətta sənətçinin bir auksiona qatılması, orda Nazmi Ziyanın “Sənətçinin evi” adlı tablosuna 750 min dollara yaxın pul ödəməsi də yayılan xəbərlər sırasında idi. Amma E.Gündeş bu xəbərlərdən olduqca narazı idi. Günlərin bir günü partladı: “Həyat yoldaşım iş adamıdır, mən də illərdir çalışan bir qadınam. Ailəmiz, uşağımız üçün investisiya qoya bilmərik? Bir-birimizə hədiyyələr ala bilmərik? Biz bunlardan xəbər hazırlanmasından bezdik. Həyat yoldaşımın növbəti hədiyyəsinin nə olacağı ilə maraqlananlara deyim: plan qurmuşuq, ərim mənə Marsı satın alacaq!”
R.Zərrabın adı daha sonra E.Gündeşdən daha çox maliyyə maxinasiyalarında hallandı. Amma ən şok xəbər onun gizli yazışmalarının üzə çıxması oldu. Həmin yazışmalarda R.Zərrab İstanbula gələn iş ortağına jest üçün kef məclisi təşkil etmiş, fahişə kirayələmişdi. Amma yazışmalarda iş adamı “onlardan ən gözəlini özünə ayıracağını” da yazmışdı. Ondan bir müddət sonra R.Zərrabın ilk həbsi baş tutmuşdu. Türkiyə mediası E.Gündeşin ən azından bu xəbərə görə ərindən boşanacağını yazsa da, bu, baş tutmadı. Əri ilk dəfə həbs olunan zaman jürisi olduğu verilişdə çıxış edən E.Gündeş həyat yoldaşını çox sevdiyini, ona dəstək olduğunu və pis günlərin tezliklə arxada qalacağına inandığını demişdi.
Bilməyənlər üçünsə R.Zərrabın E.Gündeş üçün yazdığı o mahnını yada salaq:
Sadece Sevdim
Olmaz sana
kalpten sitemim
Her ne dersem dilimden
Eğer seni incitirse bu kalp
İnan sökerim yerinden.
Anlamıyorsun
gönül derdinden
Neler çektim elinden
Kaç kere kırdın
kaç kere üzdün
Beni perişan ettin sen
Yine de ah etmedim,
yine de ah etmedim.
Sadece sevdim,
sadece sevdim ben.
İndi isə Türkiyə mediası səbirsizliklə cütlüyün boşanacağı günü gözləyir. Bu gözləntinin özünü doğruldub-doğrultmayacağını isə zaman göstərəcək.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın