Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Araşdırma / Dostunun evindən 130 minlik oğurluq etdi, amma dostu onu bağışladı

Dostunun evindən 130 minlik oğurluq etdi, amma dostu onu bağışladı

Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sadiq Heybətov və Röyal Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq Nərimanov rayonu ərazisində Samir Qulubəyovun mənzilindən oğurluq ediblər.

Hadisə 2017-ci ilin yanvar ayında baş verib. İttihama görə, hər iki şəxs Nərimanov rayonu ərazisində 11 mərtəbəli binanın damından Samir Qulubəyovun 10-cu mərtəbədəki mənzilinə kəndirlə düşüblər.

Evin yataq otağından 4 min dollar, 30 min avro, qızıl-zinət əşyaları və bir neçə xarici avtomobilin açarlarını götürüblər. S.Heybətov və R.Kərimov ümumilikdə 129 min manatlıq oğurluq ediblər. Əldə edilən məbləği də öz aralarında bölüblər.

Məhkəmədə hər iki şəxs elan edilən ittihamla özlərini təqsirli biliblər.

Təqsirləndirilən Sadiq Heybətov mənzilindən oğurluq etdiyi Samir Qulubəyovla uşaqlıq dostu olduqlarını və oğurluğu ehtiyac üzündən etdiyini söyləyib.

S.Heybətov dostunun evindəki pulu təmir gedən zaman gördüyünü bildirib: “Oğurluğu planlaşdırdıq. 11-ci mərtəbədən düşdük. Pulu aramızda böləndən 6 gün sonra tutulduq”.

S.Heybətov pulun bir hissəsini xərclədiklərini, qalan hissəsini isə təhvil verdiklərini deyib.

Digər təqsirləndirilən Röyal Kərimli də əməlindən peşman olduğunu deyib: “Ehtiyac olduğu üçün etmişəm. İşi yox idi. Məcbur qalıb etdik”.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş arasında barışıq olub. Samir Qulubəyov dəymiş zərər ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayətini geri götürüb.

Həmçinin oxuyun

SABİQ NAZİR ÖLKƏDƏN 14 MİLYON DOLLARI NECƏ ÇIXARDI? – FOTOLAR

2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini …

Bir cavab yazın