Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Araşdırma / Dəhşətli qəzada ölən məktəblilər dərsdən qaçıbmış – Yenilənib + Fotolar

Dəhşətli qəzada ölən məktəblilər dərsdən qaçıbmış – Yenilənib + Fotolar

Bu gün Lənkəran Liman şəhərində ağır yol qəzası baş verib.

Qafqazinfo”ya daxil olan məlumata görə, qəzada iki məktəbli ölüb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

***

APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Ələt- Astara magistralında qeydə alınıb.

“Mercedes” markalı, 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan Səfərov Kənan Adil oğlu və Səfərov Xalid Xaliq oğlu ölüb.

***

“Qafqazinfo”ya  hadisə şahidlərinin verdiyi məlumata görə, Kənanla Xalid bu gün məktəbə getsələr də, dərsdən qaçıblar. Hadisə də o zaman baş verib. Hər iki şagird İlqar Mahmudov adına Liman şəhər 1 saylı orta məktəbində təhsil alırmış.

Qəza zamanı sükan arxasında Kənan Səfərov olub.

 

Həmçinin oxuyun

UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın