Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bölmə rəisi rüşvət aldı, prokurorluq saxladı

Bölmə rəisi rüşvət aldı, prokurorluq saxladı

“Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət üzrə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Azinforum.az-a verilən məlumata görə, Bakı şəhər sakininin Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı tərəfindən ona qarşı yol verilmiş qanunsuz hərəkətləri barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Baş Prokurorluğa daxil olmuş eyni məzmunlu müraciət üzrə aparılmış araşdırmalar zamanı Anar Allahverdiyevin FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsində bölmə rəisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə etməklə Bakı şəhər sakinini həmin xidmətə işə qəbul etdirmək adı ilə aldadaraq 8 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın