Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bankirin ölümü ilə bağlı ilginc faktlar

Bankirin ölümü ilə bağlı ilginc faktlar

Aprelin 22-si “Avropa” otelinin idman zalında qətlə yetirilən “Zaminbank”ın filial müdiri Azər Məmmədovla bağlı “Qafqazinfo”-ya maraqlı faktlar daxil olub.

Redaksiyaya məlumat verən A.Məmmədovun yaxınları onun qətlinin təsadüfi olduğuna inanmadıqlarını bildiriblər.

Qeyd edək ki, polis idarəsinin yaydığı məlumata görə, idman zalında məşq edərkən S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb və bu zaman S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

Yaxınlarının sözlərinə görə isə məşqçi ilə S.Quliyev arasında mübahisə yarandıqdan sonra ikinci özü ilə bir neçə dostunu da gətirib və A,.Məmmədovu zaldan çölə çıxarıb. Qəbul otağında bankiri ürəyindən iki dəfə bıçaqladıqdan sonra, idman zalına daxil olub orada məşqçini də bıçaqlayıblar. Yaxınları bildiriblər ki, narazılıq S.Quliyevlə məşqçi arasında olsa da, nədənsə ölümcül zərbə A.Məmmədova vurulur…

Digər maraqlı məqam isə qətldə adı hallanan S.Quliyevin dövlət orqanlarından birində rəhbər vəzifədə çalışan şəxsin mühafizəçisi olmasıdır. Hələlik fakt təsdiqlənmədiyi üçün sayt onun kimin mühafizəçisi olduğunu açıqlamır. Qeyd edək ki, qətli törədən şəxs artıq saxlanılıb.

Əldə edilən digər maraqlı fakt ondan ibarətdir ki, Azərin qardaşı Ayxan da iki il əvvəl Moskvada bıçaqlanıb və aldığı zərbədən bir müddət komada qaldıqdan sonra sağ qala bilib.

Onu da əlavə edək ki, A. Məmmədov “Zaminbank”ın filial müdiri olmaqla yanaşı, uğurlu gənc iş adamı kimi də tanınıb. Belə ki, təxminən bir il əvvəl Kiyev şəhərində ona məxsus “YOLO” bar-restoranının açılışı olub. Restoranın açılışından çəkilmiş şəkilləri isə instagram hesabında yerləşdirib.

Redaksiyaya daxil olan digər məlumata görə isə, A.Məmmədovun bacısı “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Əlixan Məlikovun oğlu ilə evlidir.

Daha bir məqam. Azər Məmmədovun yaxınları sosial şəbəkələrdə onun nakam ölməsini ifadə edərək mərhumun dünən Vağzalı sədaları altında dəfn edildiyini qeyd ediblər.

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın