Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Biləsuvarda qadın həkimin əl-qolunu bağlayıb evini qarət etdilər

Biləsuvarda qadın həkimin əl-qolunu bağlayıb evini qarət etdilər

Biləsuvarda qadının evinə edilən basqının təfərrüatları məlum olub.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, basqına məruz qalmış Biləsuvar MRX-nın Laboratoriya müdiri, 55 yaşlı həkim Göyçək İbrahimova evində, anaları Rusiyada olan qardaşının yanında qaldığı üçün, orta məktəb şagirdi olan iki nəvəvsi ilə birgə yaşayırmış. Ailə gecə saat 12- radələrində televizora baxan zaman həkimin qız nəvəsi qardaşı ilə birgə həyətə düşərkən orada gizlənmiş iki nəfər qara maskalı şəxs onları tutaraq boğazlarına deşici alət dirəyiblər. Daha sonra evə salaraq əl-ayaqlarını bağlayıb səslərini çıxacaqları təqdirdə öldürəcəklərini deyiblər.

Bundan sonra basqınçılar uşaqların nənəsindən pul və qızıl tələb ediblər. Çöyçək İbrahimova evində pul və qızıl olmadığını bildirdikdə isə ona küt alətlə baş nahiyəsindən xəsarət yetiriblər. Sonra qadına bildirilib ki, evə nəvələri və özü qarışıq od vurulacaq. Yalnız bundan sonra qadın evində olan pulu və qızıl-zinət əşyalarını quldurlara verib. Lakin onlar bununla razılaşmayaraq həkimin əl-qolunu və ağzını skoçlayıb saat 3-ə qədər axtarsalar da əlavə bir şey tapa bilməyiblər və evi tərk ediblər.

Səhər açıldıqdan sonra qadına və nəvələrinə məxsus mobil telefonlar nömrələri götürülmüş halda qonşuların hətyətlərindən tapılıb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlaları tərəfindən basqınçıların qısa vaxt ərzində müəyyən olunaraq tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Virtualaz.org

*   *   *13:57

Biləsuvar şəhərində oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, naməlum şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbarahimovanın evinə daxil olaraq əvvəlcə onun əl-qolunu bağlayıblar, daha sonra isə evdə olan qızıl-zinət əşyalarını oğurlayaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır. Oğruların tapılması istiqamətində əməliyyat-axtarış tədbirlər həyata keçirilir.

Qeyd edək ki, G.İbrahimova Biləsuvar MRX-nın Laboratoriya şöbəsində işləyir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın