Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Araşdırma / Bakıda terror şübhəsi – Naməlum suriyalı axtarılır + FOTOLAR

Bakıda terror şübhəsi – Naməlum suriyalı axtarılır + FOTOLAR

Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar yayılıb.
Bununla bağlı feysbukda “Hamam Times” səhifəsi fotolar da paylaşıb. Həmin şübhəli şəxsə aid fotolar paytaxt otelləri, avtovağzal və bir sıra mühüm ictimai obyektlərə yapışdırılıb. Muhammed Ahmet adlı şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına zəng etmələri xahiş olunub.
“Qafqazinfo” faktla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Əldə etdiyimiz məlumata görə, Hələbdən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar doğrudur. Hazırda bu ehtimalın həqiqəti əks etdirib- etdirməməsi araşdırılır.
Mənbəmiz onu da qeyd edib ki, Azərbaycanda son günlər təhlükəsizlik tədbirləri üst səviyyədə həyata keçirilir. Bu sadəcə İstanbulda baş verən terror olayı ilə əlaqəli deyil. Belə ki, bayram günləri ilə bağlı ölkəyə turist axınının artması və əhalinin ictimai yerlərdə sıxlığı nəzərə alınaraq hüquq-mühafizə orqanları ayıq-sayıq xidmət həyata keçirirlər. Hazırda ictimai təhlükəsizlik tam nəzarət altındadır. Yüngül narahatlıq yaradacaq heç bir səbəb yoxdur
Bakıda şübhəli suriyalı peyda olub -  Polisdən xəbərdarlıq+Foto

 

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın