Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda silsilə qəza – Səfirlik əməkdaşları yaralanıb

Bakıda silsilə qəza – Səfirlik əməkdaşları yaralanıb

Bakıda səfirlik əməkdaşlarının yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Səbail rayonu, Neftçilər prospektində bir neçə gün öncə baş verib. Şamaxı rayon sakini 1967-ci il təvəllüdlü Qəzənfər Nəzərovun idarə etdiyi “London-Taxi” markalı 10 TH 507, Cəbrayıl rayon sakini 1960-cı il təvəllüdlü İsmayıl Quliyevin idarə etdiyi eyni markalı 10 AT 774 nömrəli və Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Emil Mərdanovun idarə “Vaz-21214” markalı 90 TT 126 nömrəli avtomobillər toqquşub.

Qəza nəticəsində Q.Nəzərovun idarə etdiyi avtomobilin sərnişinləri olan Türkiyə səfirliyinin əməkdaşları, səfirin üçüncü katibi 1980-ci il təvəllüdlü Öznur Tübençokrak və müşaviri 1977-ci il təvəllüdlü Makbule Koçak xəsarat alıblar. Yaralılar Mərkəzi Klinikaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilib. Araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın