Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Araşdırma / Bakıda sərnişin avtobusu daha bir ölümə səbəb oldu (Yenilənib, FOTOLAR)

Bakıda sərnişin avtobusu daha bir ölümə səbəb oldu (Yenilənib, FOTOLAR)

Bakıda sərnişin avtobusu piyadanı vurub. Musavat.com-un məlumatına görə, hadisə bu dəqiqələrdə Bakının Nəsimi rayonu ərazisində baş verib.
165 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu Rövşən Cəfərov küçəsində yolu keçmək istəyən piyadanı vurub. Zərbə nəticəsində hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar, avtobus sürücüsünün ifadəsi alınıb.
İlkin ehtimala görə, hadisəyə avtobusun yüksək sürətlə idarə olunması səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Musavat.com avtobusun vurduğu sərnişinin adını dəqiqləşdirib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ölən qadın 58 yaşlı Esmira Zeynalovadır.







Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …

Bir cavab yazın