Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Bakıda nitq qüsurlu qadına qarşı iyrənc hərəkət

Bakıda nitq qüsurlu qadına qarşı iyrənc hərəkət

Bakıda nitq qüsurlu qadın döyülüb. Hadisə Yeni Günəşli qəsəbəsi V massivi bina 21-də qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Bədəlova Bəsti Allahverdi qızı qonşular tərəfindən binanın blokunda tapılıb. Məlum olub ki, B.Bədəlova döyülüb, onun üz və bədən nahiyəsinə xəsarətlər yetirilib, saçının bir hissəsi isə cibinə yığılıb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, B.Bədəlova mənzildə tək yaşayır. Hadisə vaxtı isə mənzilin qapısı açıq olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.(Report)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın