Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurdu

Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurdu


Azinforum.az Report-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsində yolu keçmək istəyən Məmmədov Qədir Fərxan oğlunu 78-80 yaşlı, iki ayağından əlil sürücü idarə etdiyi “Zaporojets” markalı avtomobillə vurub.
Nəticədə Q.Məmmədov ağır xəsarət alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Q.Məmmədovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın