Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Bakıda “Hummer”i ilə yol gedən vəkilə tələ qurdular

Bakıda “Hummer”i ilə yol gedən vəkilə tələ qurdular

İyulun 19-da saat 17:30 radələrində Beynəlxalq Avtovağzalın yaxınlığında dövlət nömrə nişanı 10 XJ 218 olan “Ford Fosus” markalı avtomobilin yanında dayanan iki nəfər şəxs “Hummer” markalı avtomobili saxlatdıraraq sürücüdən onlara kömək etməsini xahiş edib. “Hummer”in sürücüsü avtomobili saxladıqda həmin şəxslər maşının qapılarını sındırmağa cəhd göstərməklə yanaşı pul tələb ediblər. Zərərçəkmiş onların əlindən çətinliklə də olsa qurtula bilib.

 Azinforum.az  saytı Sputnik.az-a istinadən xəbər verir ki, hücuma məruz qalan şəxsin məşhur vəkil Əlirza Həbilov olduğu müəyyən edilib. Həmin ərazidə müşahidə kameraları olmayıb.

Hüquqşünas deyir ki, Sumqayıt Apelyasiya Məhkəməsindən qayıdarkən “Ceyranbatan” su anbarının yaxınlığında ağır-yol nəqliyyat hadisəsi baş verdiyinin şahidi olub: ““20 Yanvar” ərazisində tıxac yaranmışdı. Kəsə yolla getməyi qərar aldım. Bir qədər irəlilədikdən sonra yol qırağında maşın gördüm. Maşının yük yeri, qapıları açıq idi. Sonradan anladım ki, avtomobilin nömrəsini gizlətmək üçün belə ediblər”.

Ə.Həbilovun sözlərinə görə, onlardan biri yolu kəsib. Vəkil avtomobilin şüşəsini bir qədər aşağı salaraq nə istədiklərini soruşub. Həmin şəxs qapını dartaraq açmağa çalışıb. Amma buna nail ola bilməyib.

Vəkil baş verənlərlə bağlı polisə müraciət edib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cinayətin iştirakçılarından biri – Salyan rayon sakini, 1968-ci il təvəllüdlü Samid Babayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın