Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Bakıda ermənilərin dəstəyi ilə kitab çap olunur və satılır

Bakıda ermənilərin dəstəyi ilə kitab çap olunur və satılır

“Söz tapmıram. Bakının mərkəzi kitab mağazalarından birində qondarma “Talış-Muğan Respublikası”nın ideoloqlarından biri olan və xüsusilə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin dörd kitabı satışdadır”.

Milli.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov bildirib.

Onun sözlərinə görə, bu kitablar ermənilərin dəstəyi ilə, özü də Bakıda nəşr olunub:

“Bu ünsürün kimliyi və hansı qabdan yal yeməsi talışlara da, azərbaycanlılara da yaxşı məlumdur. Kitabın redaktoru isə erməni xislətli, hazırda Rusiya vətəndaşı olan və Şuşa vasitəsi ilə Ermənistandan yayımlanan TMV (Tolişə milliyə vindəsədo) – “Talış Milli Televiziyasının” aparıcısı, əslən Masallıdan olan Zabil Madojdur. Kitablar İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryanın vasitəsilə Belarusda və İranda yaradılan, fəaliyyətini Azərbaycana qarşı yönəldən “Talış Milli Akademiyasının” nəşrləridir. Kitablar isə nə Belarusda, nə Ermənistanda, nə də İranda deyil, Bakıda çap olunub”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın