Ana səhifə / Araşdırma / Bakıda daha bir dəhşət: ər arvadını liftdə bıçaqladı – (Yenilənib)

Bakıda daha bir dəhşət: ər arvadını liftdə bıçaqladı – (Yenilənib)

Son məlumata görə, Bakıda əri tərəfindən bıçaqlanan Nigar Mirzəyeva ölməyib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Arvadını bıçaqlayan T.Mirzəyev daha sonra öz damarlarını kəsib. O da Kliniki Tibbi Mərkəzə aparılıb.  Faktla bağlı araşdırma aparılır.

* * *11:31

Bakıda daha bir dəhşətli qətl hadisəsi baş verib. Ər arvadını vəhşicəsinə qətlə yetirib.

Qətl hadisəsi bu gün saat 11 radələrində Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068-də, “Elit” ticarət mərkəzinin arxasında yerləşən “Olimp” mənzil-tikinti kooperativinin (MTK) binasında baş verib.Virtualaz.org saytına bu barədə həmin binanın sakinləri məlumat verib.

Xəbərə görə, 1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada qətlə yetirib. T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri ilə öldürüb.

Sakinlərin sözlərinə görə, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Amma bu, yalnız ehtimaldır. Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.

Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsindən də faktı təsdiqlədilər. Bölmədən virtualaz.org saytına verilən məlumatda deyilir ki, əməliyyat qrupu hazırda hadisə yerindədir.

Xatırladaq ki, dünən axşam Bakıda daha bir oxşar hadisə baş vermiş, ər arvadını marşrut avtobusunda sərnişinlərin gözü önündəcə vəhşicəsinə qətlə yetirmişdi.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın