Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda dəhşətli partlayış – İnsanlar təşvişə düşdü

Bakıda dəhşətli partlayış – İnsanlar təşvişə düşdü

Gecə saatlarında paytaxtda partlayış səsi eşidilib.

“Azinforum.az” Anspress-ə istinadən xəbər verir ki, bədbəxt hadisə istehsal müəssisəsində baş verib. Bakının Xocasən qəsəbəsində yerləşən “Lider Cola” şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib. İçkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayış gücü yüksək olduğu üçün, hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçulub.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Qonşuluqda yaşayan sakinlərin sahur etdikləri üçün partlayış vaxtı ev içində olmayıblar. Bu səbəbdən hadisə itkisiz ötüşüb. Faktla əlaqədar araşdırma aparılır.

 

Bakıda dəhşətli partlayış  -  İnsanlar təşvişə düşdü
Bakıda dəhşətli partlayış  -  İnsanlar təşvişə düşdü
Bakıda dəhşətli partlayış  -  İnsanlar təşvişə düşdü

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın