Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Araşdırma / Bakıda dəhşətli cinayət -Qadının dilini və dodağını kəsdilər

Bakıda dəhşətli cinayət -Qadının dilini və dodağını kəsdilər

Bakının Binəqədi rayonunda qadın ağzından, kişi isə qulağından bıçaqlanıb.

Azinforum.az Report-a istinadla xəbər verir ki, 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Cələbov Cələb Fətulla oğlu bıçaqlanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, Azadlıq prospektində naməlum şəxs E.Əlizadənin ağzına və gözünə bıçaqla xəsarət yetirdikdən sonra C.Cələbovun da qulağına və qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, E.Əlizadənin dili və dodaqları kəsilib. Qadın görmə qabiliyyətini itirməməsi üçün Zərifə Əliyeva adına Göz Klinikasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın