Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda 11 yaşlı qız zorlanıb – Yaxın qohumu tərəfindən

Bakıda 11 yaşlı qız zorlanıb – Yaxın qohumu tərəfindən

Bakıda 11 yaşlı qız zorlanıb. Hadisə Xətai rayonunda qeydə alınıb.

Azinforum.az – ın sputnik-ə istinadən verdiyi məlumata görə, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü A. Hümbətov yaxın qohumu 11 yaşlı Fidan Cabbarova (ad və soyad şərtidir) ilə evdə tək qaldıqda qızın boğazına bıçaq dirəyərək hədə qorxu gəlib və onu zorlayıb. Hadisəni törədən keçmiş məhkum evdən qaçdıqdan sonra qız hadisə barədə valideynlərinə məlumat verib.

Valideynlər də məsələ barədə dərhal Xətai Rayon Polis İdarəsinə məlumat veriblər. Faktı törədən şəxsin hələlik saxlanılmadığı bildirilir.

İş materialları araşdırılması üçün prokurorluğa təhvil verilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın