Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Bakıda ən çox cinayət törədilən rayonların adları açıqlanıb – SİYAHI

Bakıda ən çox cinayət törədilən rayonların adları açıqlanıb – SİYAHI

Bakı şəhərinin rayonları üzrə ən çox cinayət hadisələri Binəqədi rayonunda qeydə alınır.
“Report” Bakı Şəhəri Statistika İdarəsinə istinadən xəbər verir ki, 2014-cü ildə Bakı şəhəri üzrə cəmi 12 288 cinayət qeydə alınıb. Bu rəqəm 2013-cü ildə 10 984, 2000-ci ildə 5 539 olub.
2014-cü ildə Binəqədi rayonunda 1 504 cinayət qeydə alınıb. 2013-cü ildə bu rəqəm 1 414, 2000-ci ildə 516 olub.
Xətai rayonunda qeyd olunan il 1 344 cinayət qeydə alınıb. 2000-ci ildə bu göstərici 679 olub.
Bakı şəhərinin rayonları üzrə ən az cinayət Səbail rayonunda qeydə alınır. Belə ki, 2014-cü ildə bu rayonda 700 cinayət qeydə alınıb. 2000-ci ildə bu göstərici 531 olub.
Suraxanı rayonunda qeydə alınan cinayətlərin sayı isə sürətlə artıb. 2000-ci ildə rayonda 336 cinayət qeydə alındığı halda, 2014-cü ildə bu rəqəm 849 olub.
Eləcə də Sabunçu rayonunda 2000-ci ildə 454, 2014-cü ildə 1148 cinayət qeydə alınıb.
Nizami rayonunda 2000-ci ildə 457, 2014-cü ildə isə 1 202 cinayət qeydə alınıb.
Nərimanovda 2000-ci ildə 554, 2014-cü ildə 1 080, Nəsimi rayonunda 2000-ci ildə 731, 2014-cü ildə 1 483 cinayət qeydə alınıb. Yasamalda bu göstərici son 10 ildə 681-dən 1 325-ə yüksəlib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın