Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / “Bakı Şərab-1”in vəzifəli şəxsinə cinayət işi açıldı

“Bakı Şərab-1”in vəzifəli şəxsinə cinayət işi açıldı

“Bakı Şərab-1” Açıq Səhmdar Cəmiyyətinin Göyçay şəhərində yerləşən 4 saylı firma mağazasının müdirinin qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Araşdırma zamanı qeyd edilən mağazanın müdiri Məhəmmədəli Qədirov tərəfindən şirkətin anbarından satış üçün verilmiş spirtli içkilərin dəyərinin kassaya mədaxil edilməməsi müəyyən olub.

Bunun  nəticəsində cəmiyyətə məxsus 86 min manat məbləğində pul vəsaitini mənimsəməsi məsələsində şübhələr üçün əsaslar yaradıb.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın