Ana səhifə / Araşdırma / Bakı metrosunda polisdən gül satan qadına qarşı kobudluq – Video

Bakı metrosunda polisdən gül satan qadına qarşı kobudluq – Video

Bakı metrosunda polislə gül satan qadın arasında insident baş verib.
Hadisə metronun Gənclik stansiyasının çıxışında qeydə alınıb. Belə ki, polislər metronun çıxışında gül satan qadına küçə satışının qadağan olduğunu bildiriblər. Kiçik mübahisədən sonra polis əməkdaşı yaşlı qadına müdaxilə edərək onu metro ərazisindən kənara çıxarmağa çalışıb.
Hadisənin videosu sosial şəbəkələrdə paylaşılıb və insanlar arasında kəskin reaksiyaya səbəb olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə hadisə ilə bağlı məlumatlı olduqlarını və araşdırma aparıldığını bildirib. (big.az)

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın