Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakı aeroportunda şübhəli qara çanta – Xüsusi it gətirildi

Bakı aeroportunda şübhəli qara çanta – Xüsusi it gətirildi

Sentyabrın 2-i gecə saat 01:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında həyəcanlı anlar yaşanıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hava limanında sahibsiz qara çanta böyük narahatlığa səbəb olub. Əraziyə hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları gəlib. İlk olaraq çantaya yaxınlaşmaq təhlükəli olduğundan yoxlamaq üçün xüsusi it gətirilib.
İtin yoxlamasından sonra çantanın təhlükəli olmadığı məlum olub. Təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həmin çanta arapılıb. Bütün təhlükəsizlik tədbirləri, çantanın ərazidən uzaqlaşdırılması heç bir ajiotaj yaratmadan həyata keçirildiyindən sərnişinlərin narahatlığına səbəb olmayıb.(Criminal.az)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın