Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Araşdırma / Bəstəkar məmuru məhkəməyə verdi

Bəstəkar məmuru məhkəməyə verdi

Bir çox mahnıların müəllifi Tural Bayraməliyev biznes ortağı olan Şadiyə Salehlini məhkəməyə verib. Bu barədə bəstəkarın özü musavat.com-a açıqlamasında bildirib.

Bəstəkarın sözlərinə görə, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Ş.Salehli bir neçə gün öncə şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dolları pulunu aldığı barədə mətbuata məlumat verib. Ona iftira atıldığını deyən və bu iddianı əsassız sayan Tural Bayraməliyev şərikini məhkəməyə verib:

“Heç bir əsası olmayan iddia irəli sürüb. Nüfuzuma xələl gətirməyə çalışıb. Külli miqdarda faizə pul buraxan bu xanım haqqında mənimdə irəli sürəcəyim iddialarım var. Amma bunun hüquqi müstəvidə çözülməsinə çalışacam. Onun barəmdə söylədiyi fikirlərin sübutu yoxdur. Şərikli işlədiyimiz zamanda mənim ona borcum qalmayıb. Sübut edəcəm ki, dələduz mən yox, onun özüdür. Nüfuzuma xələl gətirdiyi üçün məhkəmədə ondan 500 min manat təzminat tələb edəcəm”.

Həmçinin oxuyun

Daha bir vəzifəli şəxsin diplomu saxta çıxdı – İDDİA

Əvvəlcə qeyd edək ki, plagiat (plagiarizm, plagiatlıq, plagiatçılıq,) çox vaxt əmanətə xəyanət, qüsurlu sitat, müəllif …

Bir cavab yazın