Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Bakıda sarı zolaqlarda hərəkətə tətbiq edilmiş məhdudiyyət ləğv olundu

Bakıda sarı zolaqlarda hərəkətə tətbiq edilmiş məhdudiyyət ləğv olundu

Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə bu gün – may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunub.
Bu barədə “Report”a Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirilib.
Xatırladaq ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilmişdi. Həmin zolaqlarla may ayının 5-dən operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın