Hadisəni törədən şəxs axtarılır
Azərbaycanda ahıl ər və arvad evində öldürülüb. Qazax rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, martın 13-də Cəfərli kəndində 1939-cu il təvəllüdlü Osmanov Nəriman Bayraməli oğlu və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Bakıxanova Dünya Mehbulla qızı qətlə yetirilib.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi hələlik məlum deyil.
Faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.