Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda məhkəmədə dava düşdü, 2 polis əməkdaşı xəsarət aldı

Azərbaycanda məhkəmədə dava düşdü, 2 polis əməkdaşı xəsarət aldı

Daşkəsən rayonunda məhkəmədə dava düşüb.
“Report”un Qərb bürosu xəbər verir ki, hadisə hakim Tofiq Məmmədovun sədrliyi ilə Daşkəsən Rayon Məhkəməsində keçirilən hazırlıq iclası zamanı qeydə alınıb.
Belə ki, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə mühakimə olunan Daşkəsən rayonu, Qazaxyolçular kənd sakini Bəhman Nuru oğlu Abbasov hakimin həbs qərarı ilə razılaşmayaraq məhkəmə işçilərinə təzyiq göstərib. Nəticədə onun məhkəmə salonundan çıxarılması üçün əlavə polis qüvvələri çağırılıb.
Ancaq B.Abbasov bu dəfə də Daşkəsən Rayon Polis Şöbəsinə getməmək üçün polislərlə əlbəyaxa olub. Ancaq polis əmakdaşları onu məhkəmə salonundan çıxarmağa və şöbəyə aparmağa nail olublar. Nəticədə 2 polis əməkdaşının xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın