Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı gəlinin üstünə kislota tökdülər, dayısını soyundurub… – VİDEO+18

Azərbaycanlı gəlinin üstünə kislota tökdülər, dayısını soyundurub… – VİDEO+18

Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində azərbaycanlı qohumlar arasında baş verən «kislota» faciəsi ilə bağlı sensassion görüntülər və faktlar ortaya çıxıb.
Bu ilin iyul ayında Ufada baş vermiş dəhşətli qətl hadisələri hələ də istintaq orqanları tərəfindən araşdırılmayıb. Belə ki, iyulun 7-də Laura Babayeva adlı azərbaycanlı qadın öz həmyaşıdı olan olan və adı hələlik açıqlanmayan azərbaycanlı üç uşaq anasının üzərinə “kislota» töküb. Ağır yanıq xəsarətləri səbəbindən qadın dünyasını dəyişib. Bu hadisədən bir neçə gün sonra üç uşaq anasının dayısına (Onun da adı hələlik açıqlanmır) qarşı qeyri-etik hərəkətlərə yol verilib. Gəlinin dayısı işgəncələr verildikdən sonra dünyasını dəyişib.
İnsanlığa sığmayan hərəkətlərə yol verildiyini əks etdrən video mərhum xanımın qaynatası Tahir Allahverdiyev tərəfindən “facebook” da paylaşılıb. Videoda qızın dayısına paltarı soyundurularaq işgəncə verildiyi görünür. Qaynata həmçinin gəlinin yandıqdan sonra xəstəxanada çəkilən videosunu da paylaşıb.
Mərhumun qaynatasının palaşdığı status
Tahir Allahverdiyev hadisəni törətməkdə ittiham etdiyi Fazil İsgəndərovun fotosunu da yayıb. O qeyd edib ki, faciəvi hadisələr 15 gün ara ilə törədilib. Mərhumun qaynatası Fazil İsgəndərovun azərbaycanlı qızın və onun dayısının faciəvi vəziyyətə salınması üçün uzaqdan komanda verdiyini iddia edir. Onun sözlərinə görə, gəlninin üzərinə “kislota” tökən isə F.İsgəndərovun xanımı Laura Babayevadır.
Mərhum və onun övladları
Gəlinin qaynatası bildirib ki, Fazil İsgəndərov Gədəbəy rayon Dəyirmandaq kənd sakinidir. Onun Bakı şəhərində Zıq qəsəbəsində bir necə evi var. Bundan başqa, onun Ufa şəhərində bir necə ev, hektarlarla istixanasının olduğu bildirlir.
Fazil İsgəndərov – Tahir Allahverdiyevin gəlininə və onun dayısına işgəncə verdiyini iddia etdiyi şəxs
Hadisədən uzun müddət keçməsinə baxmayaraq, nə qızın üzərinə «kislota» tökən 28 yaşlı Laura Babayeva, nədə ki, onun dayısına qarşı qeyri-etik hərəkətlər edən Fazil İsgəndərov cəzalandırılıb.
Azərbaycanlı qızın üzərinə yandırıcı maddə tökülməsi nəticəsində onun bədəninin 60%-dən çoxu yanıb.
Qeyd edək ki, qohumlar arasındakı mübahisənin səbəbləri məlum deyil./missiya.az/

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın