Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Araşdırma / Azərbaycanı hədələyən terrorçu məhv edildi

Azərbaycanı hədələyən terrorçu məhv edildi

Fevralın 5-də youtube-da İŞİD terrorçusunun Azərbaycan auditoriyasına ünvanlanmış video-müraciəti yayılmışdı. Öz video-müraciətində terrorçu Azərbaycanda teraktlar və xarici turistlərin öldürüləcəkləri təhdidi ilə çıxış edirdi.

Terrorçu, Üsamə bin Ladeni yamsılayaraq, divarın yanına qoyulmuş iki “Kalaşnikov” avtomatının fonunda bütün Azərbaycan xalqını hədələyirdi.

Ancaq bir neçə saat əvvəl “feysbuk” sosial şəbəkəsində bu terrorçunun cəsədinin şəkli yayılıb. Çıxışın və bu terrorçunun məhv edilməsinin dəqiq tarixləri məlum deyil. Tamamilə mümkündür ki, öz video-müraciətini o, sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.

Virtualaz.org

Həmçinin oxuyun

DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub

Deputat Adil Əliyev iddia edir ki, 11 il əvvəl mənzil və obyekt almaqdan ötrü yarım …

Bir cavab yazın