Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Mən artıq nazir deyiləm, adi vətəndaşam” – Ziya Məmmədov

“Mən artıq nazir deyiləm, adi vətəndaşam” – Ziya Məmmədov

“Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur”.

“ Azinforum.az ” xəbər verir ki, bunu “Yeni Müsavat”a açıqlamasında keçmiş Nəqliyyat naziri Ziya Məmmədov deyib. O, jurnalistlərə hörmətinin olduğunu da bildirib: “Mən artıq nazir deyiləm, adi vətəndaşam. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur”.

Qeyd edək ki, Z. Məmmədov Azərbaycanda Nəqliyyat Nazirliyinin ilk və son naziri olub. O, bu posta 15 il rəhbərlik edib və prezidentin 2 gün öncə imzaladığı sərəncamla nazirlik ləğv olunub.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın