Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Ata və qızı yaralandı, azyaşlı oğlu öldü – Dəhşətli qəza

Ata və qızı yaralandı, azyaşlı oğlu öldü – Dəhşətli qəza

Lənkəranda ağır yol qəzası baş verib.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 28 yaşlı Qabil Muxtar oğlu Əbdülovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub.

Güclü zərbədən “VAZ-2106”-nın sürücüsü və onun yanındakı sərnişinləri olan uşaqları -12 yaşlı Elvira və 9 yaşlı Şamo müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılara lazımi tibbi yardım göstərilib. Həkimlərin səylərinə baxmayaraq baş beynin ağır dərəcəli zədələnməsi diaqnozu təyin edilmiş 9 yaşlı Şamonun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın