Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Aparat rəhbərinin 43 milyonluq mülkindən əlavə obyektləri də varmış

Aparat rəhbərinin 43 milyonluq mülkindən əlavə obyektləri də varmış

“MTN işi” çərçivəsində həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ümumilkdə dəyəri 43 milyon olan mülklərindən başqa, digər obyektləri də varmış.

Salyan şossesinin 29-cu kilometrliyində (Bakı Dərin Özülləri Zavodunun arxası), Xəzər dənizinin sahilində yerləşən 30 sot ərazi də V.Zeynalova məxsusdur:

“Gözdən uzaq yerdə olub, kənardan diqqət çəkməyən bu ərazidə Zeynalov boş vaxtlarında balıq tutub, ov edirmiş. 30 sot ərazidə ikimərtəbəli tikili də var ki, burada da Vidadi Zeynalovun vaxtı ilə qonaqlarını qəbul etdiyi bildirilir”.

Ərazidə olan qəzetin müxbiri yazır ki dörd tərəfi dəmir torlarla əhatələnən ərazi hazırda baxımsız vəziyyətdədi:

“V.Zeynalov 2004-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Onun daha yüksək vəzifəyə təyinatında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rolu olub. Həbsdəki eks-aparat rəhbəri ilə sabiq naziri onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun tanış etməsi haqda məlumatlar var. Bu əlaqələrə görə V.Zeynalov RYTN-də “MTN çetesi”nin adamı kimi tanınıb”.

Vidadi Zeynalov 2015-ci il noyabr ayının 13-də həbs edilib. O, qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla, həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi halda, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsinin və israf edilməsinin təşkilində təqsirləndirilir. (Musavat.com)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın