Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Alim Qasımov oğlu haqda yayılan xəbərdən danışdı: “Dişi sınıb, gözü də zədələnib”

Alim Qasımov oğlu haqda yayılan xəbərdən danışdı: “Dişi sınıb, gözü də zədələnib”

Xalq artisti Alim Qasımov oğlu Qadir Qasımovun gözünün çıxarılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Sənətkar “Ölkə.Az”-ın əməkdaşı ilə söhbətində oğlunun xəsarət aldığını təsdiqləsə də, bunun başqa səbəbdən baş verdiyini söyləyib:

“Kim nə gəldi yazır. Orada nə dava olmayıb, nə də oğlumu vurmayıblar. Güzdəkdə evimiz var. Pilləkəndən düşəndə ayağı çay daşına ilişib, dişi sınıb, gözü də zədələnib. Amma heç bir davadan söhbət gedə bilməz. Sadəcə, kimsə çağırıb, Qadir də yuxulu olub. Ayağı ilişib yıxılıb”.

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə bu barədə xəbər yayılmışdı. Bildirilirdi ki, A.Qasımovun qohumlarının iştirak etdiyi məclisdə dava düşüb. Qadir Qasımov qohumları sakitləşdirməyə çalışarkən özü də xəsarət alıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın