Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Araşdırma / Akif Çovdarovdan sensasion açıqlama: “Ad çəksəm, vətəndaş müharibəsi olar”

Akif Çovdarovdan sensasion açıqlama: “Ad çəksəm, vətəndaş müharibəsi olar”

Bu gün Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb.

Musavat.com xəbər verir ki, prosesdə təqsirləndirilən polkovnik Səlim Məmmədovun vəkili Cavid Rzazadənin məhkəməyə gəlməməsi olub. C.Rzazadə əməliyyat olunduğu üçün məhkəmə gələ bilməyib.

Dövlət ittihamçısı çıxış edərək məhkəməyə təklif edib ki, əgər təqsirləndirilən şəxs Səlim Məmmədovun vəkili 10 gündən artıq prosesdə iştirak etmirsə, ona yeni vəkil təyin edilməlidir.

Prokuror həmçinin deyib ki, cinayət işində olan bəzi epizodlar Səlim Məmmədova aidiyyatı olmadığı üçün həmin epizodlar üzrə məhkəməni davam etdirmək olar.

Prokurorun bu təklifinə vəkillər münasibət bildirərək deyiblər ki, əgər bu epizodların Səlim Məmmədova aidiyyəti yoxdursa, o, niyə qrup şəklində həbs edilib və onlara “mütəşəkkil dəstə” olaraq cinayət törətmək ittiham verilib?

Akif Çovdarovun vəkili Kamandar Nəsibov isə deyib ki, prokuror həmin epizodlar üzrə Səlim Məmmədova qarşı ittihamlardan imtina edərsə, bu halda işə onun təklif etdiyi şəkildə baxıla bilər.

Müzakirələrin davamında vəkillər bildirib ki, əgər yeni vəkillər təyin edilərsə, o da işlə tanış olmaq üçün məhkəmədən ən azı 2 həftə vaxt istəyəcək. Bu da məhkəmənin vaxtını uzadacaq.

Təqsurləndirilən polkovnik Səlim Məmmədov da prokurorun təklifinə münasibət bildirərkən bildirib ki, öz vəkilinin işi davam etdirməsini istəyir.

Daha sonra Akif Çovdarov da məhkəmədə çıxış edib.

General vəkilin məhkəməyə gələ bilməməsi haqda bunlatı deyib: “Mən əslində bu məsələ ilə bağlı nəsə demək istəmirəm. Sonra mətbuatda yazacaqlar ki, Cavidi mənim adamlarım döyüb bu hala salıb”.

Akif Çovdarov mətbuatda MTN-lə əməkdaşlıq edən agentlərlə bağlı yazılanlara da münasibət bildirib

“Mərhum Elçin Behbudovla bağlı yazılanlar yalandır. Elçin Behbudovun Azərbaycan dövləti üçün etdiklərini prokurorluq və digər orqanlar birlikdə yığışsalar 10 faizini etməyiblər. Məhkəmə proseslərindən kim nə gəldi, yazıb. Mən agentura ilə bağlı adlar çəksəm, nə olacaq? Mən danışsam, ad çəksəm, vətəndaş müharibəsi olar. Hazırda yüksək vəzifə tutan məmurlarla bağlı açqılamalar verilsə, nə olacaq? İstintaqı aparan orqanın agentlərlə bağlı məlumatları ittihamda qeyd etməsi, ad çəkməsi dövlətçiliyə ziddir. Bundan sonra hansı şəxs dövlət orqanları ilə əməkdaşlıq edər?”.

Məhkəmədən prokurorun təklifi qəbul edilməyib və vəkil Cavid Rzazadə iştirak edənə qədər məhkəmə təxirə salınıb. Növbəti proses mayın 24-ə təyin edilib.

Xatırladaq ki, iki gün əvvəl İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olmuş, mərhum Elçin Behbudovun MTN-lə əməkdaşlıq etmiş agentlər sırasında adı yer almışdı. Bu barədə musavat.com-da yazmışdı. Həmçinin başqa agentlərin də adı istintaq materiallarına istinadən yayılmışdı.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Həmçinin oxuyun

Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?

ABŞ-da uşaq və gənclərə məktəbi bitirənə qədər riyaziyyat dərsi keçirlər. Ancaq New York-da incəsənət təhsili …

Bir cavab yazın