Prosesdə A. Çovdarovun vəkilləri çıxış edib. Onlar A. Çovdarovun holter aparatından keçirilməsini istəyiblər. Bildiriblər ki, işemiya və ritm xəstəliklərini həmin aparat müəyyən edir. Vəkillərin sözlərinə görə, müvəkkilləri holter aparatından keçmədiyi üçün həkimlər ona müalicə yaza bilmirlər, çünki onun vəziyyətini müəyyən etmək mümkün deyil.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məsələ onların səlahiyyətində deyil. Daha sonra iclasda “Baktel” şirkətinin rəhbəri Zaur İbrahimov zərərçəkmiş kimi ifadə verib.

Bildirib ki A. Çovdarov ondan 525 min dollar alıb. A. Çovdarov isə onun dediklərini təkzib edib. Bildirib ki, həmin şəxsi tanıyır və bir tanışının xahişi ilə onu qəbul edib: “Ona borclu olanlar var idi. Həmin məsələ ilə bağlı görüşmüşdük. Bilirdim ki, həmin adamlar problemli adamlardır. Dedim ki, get qanuni yolla ala bilirsənsə, pulunu al”.

Proses fevralın 8-də davam edəcək. (APA)