Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Ağcabədidə qaçırılan müəllimə ailəsinə qaytarıldı

Ağcabədidə qaçırılan müəllimə ailəsinə qaytarıldı

Fevralın 1-də Ağcabədi rayonunda qaçırılan müəllim ailəsinə qaytarılıb.

APA-nın xəbərinə görə, 3 saylı Ağcabədi şəhər tam orta məktəbinin müəlliməsi Fəridə Ağayevanı yaxın qohumu Nadir Ağayevin evlənmək məqsədilə qaçırdığı müəyyənləşib.

Bildirilir ki, ailə böyükləri onlarla söhbət edəndən sonra qız evlərinə qayıtmağa razı olub. F. Ağayeva polisə izahatında N. Ağayevin onu zorla qaçırmadığını, könüllü getdiyini bildirib. N. Ağayevdən şikayətçi olmayan müəllimə valideynləri razılıq verdikləri təqdirdə onunla ailə quracağını bildirib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın