Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / 60 yaşlı Bərdə sakini arvadını baltaladı

60 yaşlı Bərdə sakini arvadını baltaladı

Bərdə rayonunda 60 yaşlı kişi öz həyat yoldaşını baltalayıb.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, hadisə Rayonun Heydər Əliyev prospektində baş verib.

Səhər saatlarında 60 yaşlı Bərdə rayon sakini Mahir Allahverdiyev həyat yoldaşı 57 yaşlı Allahverdiyeva Diləfruz İsmayıl qızına bir neçə dəfə balta ilə zərbə endirib. Qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər reanimasiyada olan qadının vəziyyətinin ağır olduğunu deyirlər.

Hadisəni törədən Mahir Allahverdiyevi polis saxlayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın