Bazar , Sentyabr 22 2019
Ana səhifə / Araşdırma / 4 məmur güllələndi

4 məmur güllələndi

Mahaçqalada baş verən silahlı insident nəticəsində biri polis olmaqla, 4 nəfər qətlə yetirilib.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Dağıstan vilayəti üzrə İdarəsi məlumat yayıb.

Hadisə ötən gün axşam saatlarında Rəsul Həmzətov küçəsində yerləşən “Qambit” restoranında baş verib.

İnsident zamanı qətlə yetirilən polis əməkdaşı vəzifə başında olmayıb. Hadisə yerindən bir silah götürülüb.

Fakta bağlı araşdırma aparılır. “LifeNews” xəbər verir ki, hadisə uzun müddətdir pul üstündə davam edən münaqişə zəminində törədilib. Kafedə qarşıdurma baş verib, daha sonra mübahisə iştirakçıları küçəyə çıxıblar və atışma başlayıb.

Atışma zamanı öldürülən şəxslərdən biri Rusiya Dövlət Yol Müfəttişliyinin yerli idarəsinin rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Şamil Taalovdur.

Xəsarət alanlar arasında Dağıstan Təqaüd Fondunun nəzarət-təftiş şöbəsinin rəisi Musalav Ömərov da var.

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …

Bir cavab yazın