Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / 28 yaşlı həkim qız itkin düşüb – Bakıda

28 yaşlı həkim qız itkin düşüb – Bakıda

Məlumata görə, martın 16-da saat 19:30 radələrində Bakı sakini, 1987-ci il təvəllüdlü Təranə Hacıyeva həkim işlədiyi Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 2 saylı poliklinikadan özünə məxsus “Mercedes” markalı 10 DL 044 nömrəli avtomobillə çıxaraq naməlum istiqamətdə hərəkət edib

Avtomobil martın 17-də saat 17:30 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində saz vəziyyətdə tapılsa da, xanım sürücüdən hələ də xəbər yoxdur.
Xətai RPİ 37-ci Polis Bölməsindən həkimin yoxa çıxması ilə bağlı məlumatı sayta təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı İstintaq şöbəsində araşdırma aparılır.
Poliklinikadan isə deyiblər ki, həkim 2 həftədir işə çıxmır. Harada olması barədə məlumat yoxdur.(qafqazinfo)

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın