Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / 27 min manat vergidən yayınmış sahibkara 9 il 6 ay həbs cəzası istənildi

27 min manat vergidən yayınmış sahibkara 9 il 6 ay həbs cəzası istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmada təqsirləndirilən Nəsib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək N.Həsənovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə çıxış edən Vergilər Nazirliyinin nümayəndəsi mülki iddianın təmin edilməsini tələb edib.

Qeyd edək ki, N.Həsənov sahibkarlıqla məşğul olub. O, Sədərək Ticarət Mərkəzində mağaza işlədib. İttihama əsasən, N.Həsənov vergi ödəməkdən yayınmada təqsirli bilinir. Onun Vergilər Nazirliyinə 27 min manat vergi borcu olub.

N.Həsənov istintaqdan yayındığı üçün Azərbaycan hüquq-mühafizə orqanları biznesmeni axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat da yerləşdirilib. Məlumatda qeyd olunub ki, 57 yaşlı N.Həsənov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Daha sonra N.Həsənov Azərbaycan ərazisində saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib. (Virtualaz.org)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın