Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / 170 milyon manatı mənimsəyən iş adamının həbs müddəti uzadıldı

170 milyon manatı mənimsəyən iş adamının həbs müddəti uzadıldı

Azərbaycan Beynəlxalq Bankından 170 milyon kredit götürərək mənimsəməkdə təqsirləndirilən, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Trend-in məlumatına görə, Erhan Cavad Yavuzun həbs müddəti Nərimanov rayon Məhkəməsinin qərarı ilə daha 3 ay artırılıb.

Qeyd edək ki, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzun həbs müddəti sonuncu dəfə ötən il noyabrın 19-da 3 ay artırılmışdı.

Xatırladaq ki, Erhan Cavad Yavuz Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın