Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / 17 yaşlı qızı əməliyyat edən iki həkim ölümcül döyüldü – Azərbaycanda!

17 yaşlı qızı əməliyyat edən iki həkim ölümcül döyüldü – Azərbaycanda!

Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər.

Bu barədə APA-ya əməliyyat aparılan “Yeni Gəncə” özəl tibb mərkəzindən məlumat verilib. Məlumata görə, ötən gün burun çəpərindən əməliyyat edilməsi üçün mərkəzə daxil olan 1999-cu il təvəllüdlü Aygül Orucovanın səhhəti əməliyyatdan sonra pisləşib və ona 30 dəqiqəyə kimi tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Mərkəzdən bildirilib ki, A. Orucovanın qohumları əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Xəsarət alan həkim və anestezioloq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın